Elmar Məmmədyarov Fransaya gedir
Kateqoriya məlum deyil
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edəcək.
Bu barədə Oxu.Az Fransa Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumata əsasən, Azərbaycan XİN rəhbərinin mayın 19-da Fransanın xarici işlər naziri Jan Mark Eyro və Avropa məsələləri üzrə dövlət katibiHarlem Desirlə görüşü nəzərdə tutulub
Səfər çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə mövzusu olacaq.






