Logo

"Bətnimdə övladım ola-ola ərim məni… "- Lalə ilk dəfə boşanmasından danışdı

"Bətnimdə övladım ola-ola ərim məni… "- Lalə ilk dəfə boşanmasından danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əməkdar artist Lalə Məmmədova ilk dəfə efirdə boşanmasından danışıb.

"Atv magazin onlarla” verilişinin qonağı olan aparıcı həyat yoldaşından, keçirdiyi ağır günlərdən danışıb:

"İstəməzdim ailəm dağılsın. İlk dəfə etiraf edəcəm ki, boşanmaq üçün məhkəməyə ərizəni qarşı tərəf vermişdi. Bətnimdə övladım var idi. Bəlkə də başqa bir vaxt o ərizə versəydi, düşünə bilərdim bu kaprizdi. O qədər ailələrdə olur ki, belə hallar. 

Qadının ən çətin, ən hissiyyatlı, ən güvənsiz , ən köməksiz vaxtı onun hamiləlik dövrüdür. Bu böyük zərbədən sonra mən başa düşdüm ki, yox, artıq alınmayacaq. 

Bəlkə də ola bilər ki, o da peşmançılığını çəkir. 16 yaş məndən böyük olsa da, qarşımdakı insanın belə bir addım atmayacağına özümü inandırmışdım. Elə bilirdim ki, adi söz-söhbətlərdir. Kişilər qadınlardan fərqli yanaşırlar boşanmağa. Mən qarşı tərəfə də xoşbəxtlik arzulayıram. Bütün bu olanlara baxmayaraq övladlarımın atasıdır, səhvləri ilə də, düzləri ilə. 

Onun başını aşağı edəcək, ona xələl gətirəcək heç bir hərəkətim olmayıb. Çox rahatlıqla insanların üzünə baxa bilirəm. 

Sadəcə bir az səbr eləmək lazım idi, səbri çatmadı. O da onun həyatı idi, onun seçimləri idi. Ona da uğurlar arzu edirəm, heç vaxt pislik arzulamaram ona. 

Qadın hiss edirsə, bir kişi ona lazımdır, nə olursa olsun o insanı yanında saxlamağa çalışacaq. Artıq vəziyyət o yerə gəlib çatmışdı ki..Okeanın tam ortasına kimi avar çəkmişəm. Okeanın tam ortasında başa düşmüşəm ki, avarı tək özüm üçün çəkmişəm. Təəssüf ki...

Xəstəxanada ikinci övladımı dünyaya gətirəndən sonra gecə qaranlıqda çıxdım xəstəxanadan, tək uşağımla, atasız. Sona qədər fikirləşirdim ki, bəlkə övladının xətrinə nə isə edər. Amma belə də olmalıymış, özüməm günahkar. Heç bir düşmənimə də arzulamıram ki, bətnində övladı ola-ola bu problemləri yaşasın. Bəlkə də, bətnimdə övladım olmasaydı, adi bir halda bunları yaşasaydım, rahat keçirərdim. Valideynlərim həmin anda mənə dəstək oldu. Onlar olmasaydı, bəlkə heç övladımı dünyaya gətirə bilməyəcəkdim”.big.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR