Logo

Bölgələr üzrə buraxılış imtahanlarının vaxtı açıqlandı

Bölgələr üzrə buraxılış imtahanlarının vaxtı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il Azərbaycanda bölgələr üzrə buraxılış imtahanlarının keçirilmə vaxtı açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-ya  verilən xəbərə görə, Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə buraxılış imtahanı iyunun 16-da, Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseydə iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan da isə iyunun 30-da keçiriləcək.

Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı isə iyulun 5-də təşkil olunacaq.

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR