Logo

Ayaqlarını itirən qazi üçün protez hazırlıqlarına başlanıldı - RƏSMİ

Ayaqlarını itirən qazi üçün protez hazırlıqlarına başlanıldı - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İkinci Qarabağ müharibəsinin 20 yaşlı qazisi üçün qısa zamanda protez hazırlanacaq. 

Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi İkinci Qarabağ müharibəsinin qazisi Alxasov Camal İlqar oğlu mərkəzə dəvət edib:

"Qazimiz müayinə olunub və hazırlanacaq protez üçün ölçü götürülüb. Qısa zamanda qazimiz üçün yüksək texnologiyalara cavab verən protez hazırlanaraq ona təqdim ediləcək”.

Məlumatda o da qeyd olunub ki, qazimizin əlillik dərəcəsinin müəyyən olunması istiqamətində də tədbirlər görüləcək:

"Onun əlillik dərəcəsinin müəyyən olunması və həmin dərəcəyə uyğun şəkildə ödənişlərin, eləcə də sosial ödənişlərin təmin edilməsi həyata keçiriləcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR