Avtovağzalın qarşısında sıxlıq
Kateqoriya məlum deyil
Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosesində, Bakı Beynəlxalq Avtovağzalın qarşısında (paytaxta doğru) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Milli.Az bildirir ki, bu barədə report-a Nəqliyyatı İntelletkual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda qeyd edib.
Eyni zamanda, Baknın Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahı qarşısında), Zərifə Əliyeva küçəsi, Moskva prospekti (mərkəzə doğru), o cümlədən Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) avtomobillərin sıxlığı müşahidə edilir.
Milli.Az






