Logo

Ərdoğan azərbaycanlı alimə YÜKSƏK VƏZİFƏ verdi

Ərdoğan azərbaycanlı alimə YÜKSƏK VƏZİFƏ verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professor, Türkiyənin Girəsun Universitetinin rektoru (2012-2016), Oksford Universitetinin Sokrat mükafatının laureatı Aygün Attarı yüksək vəzifəyə təyin edib.

Sfera.az xəbər verir ki, dövlət başçısının qərarı ilə A.Attar Türkiyə Prezidentiyanında Təhükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edilib.

Qeyd edək ki, A.Attar 1962-ci ildə Qubadlıda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır, ailəlidir, 3 övladı var.

Ərdoğan azərbaycanlı alimə YÜKSƏK VƏZİFƏ verdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR