Logo

"Davam" Gənclər Hərəkatı şəhidlərlə bağlı sosial media kampaniyası başlatdı

"Davam" Gənclər Hərəkatı şəhidlərlə bağlı sosial media kampaniyası başlatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Davam" Gənclər Hərəkatı #ŞəhidimİZ heşteqi ilə sosial media kampaniyası başladıb.

Sfera.az xəbər verir ki, 2-3 fevral tarixlərində "Davam" Gənclər Hərəkatı tərəfindən "Twitter" sosial şəbəkəsi üzərində həyata keçirilən kampaniya çərçivəsində 150-dən çox gəncin iştirakı ilə 10000-ə yaxın paylaşım edilib.

#ŞəhidimİZ heşteqi ilə edilən bu paylaşımlarda şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında məlumatlar qeyd olunub.

"İlin ən qürur duyulası gənclərini - şəhidlərimizi tanımaq və tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Bütöv #VətənimİZ naminə həyatlarını yarım qoyan hər bir #ŞəhidimİZ bizim üçün əziz, müqəddəsdir. Kampaniyanın əsas məqsədi də Vətən uğrunda canlarını qurban verərək əbədiləşən şəhidlərimizi tanımaq və onları gənclər arasında da tanıtmaqdır", - deyə "Davam" Gənclər Hərəkatının yaydığı məlumatda bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR