Vilayət Eyvazov daha iki rayona polis rəisi təyin etdi
Kateqoriya məlum deyil
Masallı rayonuna yeni polis rəisi təyin edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.
Nazirin başqa bir əmrinə əsasən, polis mayoru Tural Şahbəndiyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, daha əvvəl Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində polis polkovniki Oqtay Dilavərov çalışırdı. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.






