"Sinovak"ın ən böyük üstünlüyü budur - İnstitut direktoru
Kateqoriya məlum deyil
Hazırda vaksinasiya üçün istifadə edilən "Sinovak" vaksininin ən böyük üstünlüyü ondadır ki, o, öldürülmüş virus əsasında hazırlanıb. Orqanizmə daxil olduqda virusun orada çoxalması mümkün deyil.
Sfera.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, əsas məsələ vaksinin harada istehsal edilməsi deyil, onun təhlükəsizliyidir.
A.Allahverdiyev hazırda COVİD-19-a yoluxma hallarının sayının azalmasını görülən tədbirlərin nəticəsi kimi dəyərləndirib:
"COVİD-19-a yüksək yoluxma sayından sonra hazırda sutka ərzində qeydə alınan 200-ə yaxın hal "yox" kimi qeydə alına bilər. Düzdür, yenə də epidemioloji baxımdan problemlər var, amma yoluxma sayının 200-ə enməsi ciddi bir irəliləyişdir".






