Logo

Saxlanılan tələbələr sərbəst buraxıldı

Saxlanılan tələbələr sərbəst buraxıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Daxili İşlər Nazirliyi Lənkəran şəhərində 4 tələbənin saxlanılması haqda yayılan məlumatlar barədə açıqlama verib.

DİN Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, həmin 4 nəfər xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafə gözləmədən toplaşmağa cəhd ediblər:

"Bununla da həm də ictimai asayişi pozmağa yönəlik hərəkətlərə cəhd ediblər. Buna görə də həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. Onlar barəsində toplanan materiallar məhkəməyə göndərilib. Lənkəran şəhər məhkəməsinin qərarı ilə 4 şəxsin hər birinə xəbərdarlıq edilib və sərbəst buraxılıblar".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR