Vətən müharibəsi Azərbaycan xalqının erməni terroruna layiqli cavabı idi
Ermənistan illərdir ki, Koçaryan, Sarkisyan, Paşinyan və digər ideoloqların təşəbbüsü ilə Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qırmağa nail ola bilməyib.
Talançılıq, işğal siyasətinin arxa fonunda məhz Azərbaycan daxilində sepratizmin yayılması dayanırdı. 90-cı illərin ən dəhşətli hadisəsi Xocalı faciəsi də daxil olmaqla Vətən müharibəsində mülki əhalini hədəfə alan Ermənistan elə zənn edirdi ki, Azərbaycan xalqının ruhunu sındırmağa nail ola biləcək.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə mülki əhalinin öldürülməsi, terrora yol verilməsi ilə düşmən belə düşüncədə idi ki, xalqımız işğal olunmuş torpaqlara qayıdış istəyindən imtina edəcək. Amma hər bir əks həmlə bizi daha da ruhlandırdı, bütöv Azərbaycan uğrundakı mübarizəyə daha çox səslədi...Dinc əhaliyə qarşı törədilən bütün cinayətlər Ermənistanın acizliyinin bariz nümunəsidir. Vətən müharibəsi dövründə cinayətkar, işğalçı erməni-faşist rejiminin bütün bu antibəşəri əməllərə əl atmasının səbəbi onların günbəgün, hətta hər saat məğlubiyyətlə üzləşməsindən irəli gəlirdi.
Yekun nəticə olaraq Azərbaycan ordusu öz tarixi missiyasını layiqincə yerinə yetirə bildi. Bu qələbə ilə Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də bölgəni erməni faşizmindən xilas etdi. Sözügedən qalibiyyət həm də faşist ideologiyasına sarsıdıcı zərbə deməkdir.
Faşizm geninə mənsub Ermənistan üzərində Azərbaycanın haqq savaşı və möhtəşəm qələbəsi bütün dünya ölkələri üçün əzmkarlıq və misli görünməyən qələbə nümunəsidir.Sfera.az
Əzizə Zeynal





