Logo

Vidadi Muradov bu vəzifəsindən də AZAD EDİLDİ

Vidadi Muradov bu vəzifəsindən də AZAD EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərxalça ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib.

Sfera.az  xəbər verir ki, o, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb.

Həmçinin həmin sektor da ləğv edilib.

Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu Azərxalça ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR