Logo

Ramil Usubov nardaranlılarla görüşdü

Ramil Usubov nardaranlılarla görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyevin tapşırığına əsasən, yanvarın 17-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaran qəsəbə sakinlərindən bir qrupu ilə görüşüb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsində keçirilən görüşdə R.Usubov qəsəbədə ictimai asayişin, təhlükəsizliyin tam bərpa olunması məqsədi ilə həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlərindən danışıb. Nazir bildirib ki, qəsəbədə aparılan intensiv tikinti-quruculuq və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə aradan qaldırılması üçün görülən işlərə də toxunan nazir göstərilən istiqamətlərdə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Qəsəbə sakinlərinin nəzərinə çatdırılıb ki, bu gün Nardaranda aparılan abadlıq-quruculuq işləri, eləcə də dövlət orqanlarının yerli qurumlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımlar prezident İlham Əliyevin birbaşa nəzarəti altındadır.

Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Eldar Quliyev və rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək qəsəbədə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR