Millət vəkili Şahin Seyidzadə seçicilərinə hesabat verdi - FOTOLAR
Kateqoriya məlum deyil
50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış deputatı Şahin Seyidzadə özünün şəxsi facebook səhifəsində seçicilərinə hesabat verib.
Milət vəkili bildirib ki, Abşeron rayonu üzrə vətəndaşların fərdi formada səyyar qəbulu keçirilib. 2021-ci ilin 26 yanvarında Abşeron Rayon Heydər Əliyev Mərkəzində 25-dən artıq vətəndaşın iştirakı ilə rayonunun AşağıGüzdək, Ceyranbatan Güzdək, Hökməli, Saray və Qobu qəsəbələri, həmçinin Qobustan rayonun Bədəlli və Poladlı kənd sakinləri ilə səyyar qəbul baş tutub.
Şahin Seyidzadə həmçinin pandemiyadan irəli gələrək xüsusi qaydalara əsasən həyata keçirilən fərdi qəbullardan məşğulluq, sağlamlıq, sosial təminat, hüquq, kommunal, təhsil, torpaq və əmlak məsələləri ilə bağlı müraciətlər qəbul edildiyini də seçicilərinin nəzərinə çatdırıb.




Selcan
Sfera.az





