Əsirlikdən azad edilən Bayram Kərimov imtahan verdi
Kateqoriya məlum deyil
Bir müddət öncə Vətən müharibəsi zamanı yaralanaraq düşmənə əsir düşən və sonradan vətənə qaytarılan Bayram Kərimov imtahan verib.
Sfera.az xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsi öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda Vətən müharibəsinin qəhrəmanlarından olan Bayram Kərimovun eksternat qaydasında keçirilən imtahanda iştirak etdiyi və imtahanda uğurlu nəticə qazandığı bildirilib.
(baku.ws)






