Logo

ABŞ-a köçmüş azərbaycanlı həkimin ETİRAFLARI

ABŞ-a köçmüş azərbaycanlı həkimin ETİRAFLARI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünyanın harası olurda olsun ölkəmi layiqincə təmsil etməyə davam edəcəyimə söz verirəm".

Sfera.az xəbər verir ki, bunu hazırda ABŞ-da fəaliyyət göstərən azərbaycanlı həkim Yusif Hacıyev bildirib.

O, geridə qoyduğu 10 ildə atmış olduğu addımlar və gələcək planları ilə bağlı maraqlı paylaşım edib.

"Üzr istəyirəm!

Geridə qoyduğum 10 ildə

- Arxamdan gələn peşakar mütəxəssislər üçün münbit bir şərait hazırlayabilmədiyimə görə,

- Yetişdirmək istədiyim rezidentlərimə bir məktəb göstərmək yerinə, özümdən başqa bir əl və xarakter göstərmə imkanım olmadığına görə,

- Mənə verilən rəhbər vəzifəsinin realda var olmadığını anlamayıb "Don Kixot" kimi dəyirmana qarşı mübarizə apardığıma görə,

- Elm ocağında heç olmazsa bir məqalə saatımız olsun cəhdlərinə qarşı mənə manə olan eks kafedra müdirinə və bəzi qolubəylərinə qarşı tab gətirə bilmədiyimə görə,

- "Səbirli ol yaxşı olacaq" deyənləri dinləmədiyimə görə,

- Tələbələ leksiya vermək və biliklərimi daha çox insana çatdırmaq istəklərimi dilə gətirəndə, "hələ dosent deyilsən" deyən dosent və professorların bir dənə də xarici məqalələri olmadığı və əli xəstəyə dəymədiyi halda o sözləri sinəmə çəkdiyimə görə,

- Mənə ümidli olub axtaran və sonra ölkədə olmadığımı anlayıb üzülən xəstələrimə yaşatdığım hisslərə görə üzr istəyirəm!

Söz verirəm!

Gələcəkdə, qalan ömrümdə

- Bundan sonrada özümü yetişdirməyə davam edib insanlara öyrəndiklərimi verəcəyimə,

- Xəstələrimə əlimdən gələn köməyi edəcəyimə,

- Bilmədiyimi "bilmirəm" deyib bir biləndən soruşacağıma,

- Elm dünyasına bacardığım qədər faydalı olacağıma,

- Dünyanın harası olurda olsun ÖLKƏMİ layiqincə təmsil etməyə davam edəcəyimə söz verirəm!", - deyə Y.Hacıyev bildirib.

Ülvi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR