Bu ölkələrdən ət idxalına məhdudiyyət tətbiq olundu
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sfera.az-a verilən məlumata görə, Küveytin Əl Cəhra inzibati ərazisində yüksək patogen quş qripi xəstəliyi, Xorvatiyanın Primоrskо-Qоrаnskа inzibati ərazisində blutanq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, həmin inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının, diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə hər iki ölkədən gələn, yaxud həmin ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.






