Ermənilər İkinci Qarabağ müharibəsində ölən daha 65 nəfəri etiraf etdi
Kateqoriya məlum deyil
Ermənilər İkinci Qarabağ müharibəsində məhv edilən daha 65 separatçını etiraf edib.
Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejim açıqlayıb.
Açıqlanan siyahıda ən gənc 2002, ən yaşlı isə 1961-ci il doğumludur.
Beləliklə, erməni tərəfinin İkinci Qarabağ müharibəsindəki itkiləri 3 600-ü ötüb.






