Azərbaycanda koronavirus xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir
Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən məlumata görə, virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 2020-ci il 14 mart tarixindən social izolyasiya qaydaları tətbiq olunmuş və xüsusi karantin rejimi elan edilib.
COVID-19 virusunun diaqnostikası, habelə bu virusun törətdiyi xəstəliyin müalicəsi üçün Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr ölkəyə gətirilib, ölkə ərazisində zəruri sayda müvafiq funksional laboratoriyaların fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar yaradılıb.
Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qısa zamanda qoruyucu maska, dezinfeksiyaedici məhlul və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.






