Logo

"Ermənilərin bu hərəkəti EBU-nu da şoka salıb"

"Ermənilərin bu hərəkəti EBU-nu da şoka salıb"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Eldar Qasımov ötən gün "Eurovision" mahnı müsabiqəsində baş verənlərə münasibət bildirib.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, "Eurovision 2011" qalibi erməni təmsilçi İveta Mukuçyanın qondarma Dağlıq Qarabağ bayrağı ilə səhnəyə çıxmasına etiraz edib:

"Dünən birinci yarımfinala baxdım. Hər şey əla və möhtəşəm idi. Ancaq bir amil məni məyus və əsəbi etdi. "Eurovision" hər zaman ədalətli, doğru, tolerant və qeyri-siyası yarışma olub. Ona görə də mən uşaqlıqdan bu yarışmanı sevirəm. Bəs o zaman EBU (Avropa Yayım Birliyi) tərəfindən qadağan olunan, dünya tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ bayrağı səhnədə necə peyda oldu? Bu, inanılmaz idi. Əminəm ki, bu hadisə EBU-nu da şoka salıb.

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və dünən Səmra bayrağımızla ölkəmizi təmsil etdi. EBU-dan xahiş edirəm ki, bu məsələ ilə bağlı ölçü götürsünlər, bunun təkrarlanmasına imkan verməsinlər. Bu, insanları incidir. Gəlin, musiqi və sevgi ilə məşğul olaq. Möhtəşəm şouya görə təşəkkürlər. Səbirsizliklə finalı gözləyirəm".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR