Logo

MTRŞ AZTV-ni 5000 manat cərimələdi

MTRŞ AZTV-ni 5000 manat cərimələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Televiziya və Radio Şurası ötən il "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni (AzTV) 5000 manat məbləğində cərimələyib.

Sfera.az xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR