Logo

Bakıda Türkiyə vətəndaşını döydülər

Bakıda Türkiyə vətəndaşını döydülər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı şəhərində Türkiyə vətəndaşı döyülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə mayın 9-da paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. 
Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zəfər Türkalini döyüblər.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əliyev və P. Dadaşov tutulub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR