Daxili Qoşunların Cəbrayılda şəhid olan çavuşu - FOTO
Kateqoriya məlum deyil
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Məmmədov Elvin Tərlan oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə, E. Məmmədov 1992-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində doğulub.
O, oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.







