Logo

RİİB-in Qarabağ regional bölməsi Şuşada fəaliyyət göstərəcək

RİİB-in Qarabağ regional bölməsi Şuşada fəaliyyət göstərəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək.

Sfera.az xəbər verir ki, "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Tərtər rayonunda yerləşən Qarabağ regional bölməsi yaxın günlərdə Şuşa şəhərinə köçürüləcək. Hazırda bununla bağlı təşkilati işlər görülür.

İctimai Birliyin nümayəndələri və könüllüləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq işlərində, eləcə də ictimai nəzarət, vətəndaş müraciətlərinə baxılması, sosial, səhiyyə, təhsil, mədəniyyət, infrastruktur və digər istiqamətlərdə layihələrin icrası, həmçinin regionun inkişafı sahəsində həyata keçirilən digər tədbirlərdə yaxından iştirak edəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR