Logo

Ağ Şəhərdən Mərkəzi Parka yeni dəhliz - VİDEO

Ağ Şəhərdən Mərkəzi Parka yeni dəhliz - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yusif Səfərov layihəsi çərçivəsində sözü gedən küçənin Mehdi Mehdizadə və Sabit Orucov küçələri kəsişməsində quraşdırılan svetofor obyektləri test rejimində işə salınaraq təhlillər aparılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sfera.az-a verilən məlumata görə, layihə çərçivəsində Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Sabit Orucov Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb. Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1.5 km qısalıb.

Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb.

Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.

Sürücülərdən xahiş edirik ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR