Logo

Marketlərdə səbətlərə toxunduqdan sonra əllərinizi yuyun!

Marketlərdə səbətlərə toxunduqdan sonra əllərinizi yuyun!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Market səbətləri və alış-veriş mərkəzindəki eskalator tutacaqlarına toxunduqdan sonra əllər yuyulmazsa, ciddi infeksiyalara səbəb ola bilər. Bu barədə həkimlər xəbərdarlıq edir. İlk olaraq xatırladaq ki, gündəlik həyatda ictimaiyyətə açıq olan yerlərdən infeksiyaya yoluxaraq ciddi xəstəliklərlə baş-başa qalmaq ehtimalı yüksəkdir.

Alış-veriş mərkəzlərindəki eskalator tutacaqlarındakı təhlükə!

Həkimlər infeksiya riski daşıyan mərkəzlərdən birinin də alış-veriş mərkəzinin olduğunu diqqətə çatdırır.

Tualetdən çıxan, asqırdıqdan sonra əlini yumayan şəxslərin əllərini yumadan səbətlərdən, eskalator tutacaqlarından tutması zamanı yayılan mikrob xəstəliyə yol aça bilər. Ona görə də xüsusən bu nərdivanların plastikdən hazırlanan səthlərinə toxunduqdan sonra əllərinizi mütləq yuyun.

Top hovuzları ciddi risk daşıyır!

Özəlliklə əyləncə mərkəzlərində uşaqlar üçün təşkil edilən top hovuzları ciddi risk daşıyır. Bunu mütəxəssislər bildirir. Onların dediyinə görə, daha əvvəl həmin yerdə asqıran, ishalı və ya sarılığı olan bir uşaq da oynamış ola bilər. Uşaqlar o topları ağzına salır. Onların güvənli olub-olmadığı mütləq yoxlanmalıdır. O toplar üçün özəl bir təmizlik vacibdir. Tək su ilə yumaq kifayət etmir. Paltar yuyucu tozu ilə yumaq olar, ancaq qoxusu uşaqları narahat edə bilər deyə, bunu etmirlər. Ümumiyyətlə, uşaqları o yerlərdə oynamağa qoymayın.

lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR