Mübariz Mənsimovun məhkəməsi başlayıb
Kateqoriya məlum deyil
"Palmali” şirkətinin qurucusu, Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimov saat 14:00-dan etibarən hakim qarşısına çıxarılıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva öz "Facebook" səhifəsində paylaşıb.
Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.
Əzizə Zeynal

Mübariz Mənsimov bu ittihamların hamısını rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bəyan edir.
Qeyd edək ki, Çaka Kul, İsanbike Bilgili, Fatih Turhan, Sebuhi Rahimov, Tuğçe Karaöz, Aykan Sargın və Beynəlxalq Cəza Hüququnu yazan, Türkiyənin ən güclü vəkillərindən biri sayılan Prof. Dr. Ersan Şen Mənsimovun hüquqlarını müdafiə edir.
Sfera.azƏzizə Zeynal