Logo

FHN bu gəmilərə texniki baxışın keçirilmə vaxtını açıqladı

FHN bu gəmilərə texniki baxışın keçirilmə vaxtını açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə Hallar Nazirliyi (FHN) kiçikhəcmli gəmilərin istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Sfer.az-a bildiriblər ki, müraciətdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində cari il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi vaxtları qeyd olunub.

Cədvələ əsasən, fevralda şimal, martda Muğan, apreldə Cənub regionları, oktyabrda isə daxili su hövzələri üzrə texniki baxış keçiriləcək.

Bakı şəhəri və Abşeron rayonu üzrə texniki baxış Ələt-Bibiheybət istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin II və III, Zığ-Pirallahı istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin II və III, Şimal DRES-Nardaran istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin IV və V, Görədil-Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində isə hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri təşkil olunacaq.

FHN-in məlumatında, həmçinin qeyd olunub ki, göstərilmiş tarixlər hava şəraiti və gücləndirilmiş karantin rejimi nəzərə alınaraq dəyişdirilə bilər. Həmçinin çimərlik mövsümü ilə əlaqədar Bakı və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR