Logo

Bakının mərkəzində muzeydən oğurluq

Bakının mərkəzində muzeydən oğurluq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda muzeydən oğurluq edilib. 

Lent.az-ın məlumatına görə, hadisə Lermontov küçəsi 3 ünvanında (Hökumət evinin arxası) yerləşən Təbiət Tarixi Muzeyində baş verib. H. Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya elmlər namizədi Tariyel Heybətov polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər muzeyin pəncərəsini sındıraraq içəri daxil olub. Muzeydən "Canon" markalı fotoaparat və HP 620 markalı iki noutbuk götürülüb. 

Hadisə vaxtı muzeydəki eksponatlara və digər əşyalara ziyan vurulmayıb.
 
Faktla bağlı əməliyyat -axtarış tədbirləri həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR