Nazir Faiq Əbilhəsənova yüksək vəzifə verdi
Kateqoriya məlum deyil
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Sfera.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Faiq Əbilhəsənov Xızı RPŞ-nın xidmət üzrə rəis müavini təyin olunub.
Qeyd edək ki, F.Əbilhəsənov daha əvvəl Xəzər Rayon Polis İdarəsində çalışıb. (Oxu.az)






