Tanınmış jurnalist öz qızını belə təbrik etdi
"Qürbətdədir, Dohada yaşayır. Bir anda olsun doğma Azərbaycanı, doğulduğu Qarabağı unutmadı".
Sfera.az xəbər verir ki, bunu tanınmış jurnalist Ümüd Mirzəyev sosial şəbəkə hesabında qızını təbrik edərkən yazıb.
"Bu gün ailəmizin ortancılı, əziz qızımız Aysəba Umutlunun doğum günüdur. Aysəbanı bir cox keyfiyyətlərinə görə atasına, mənə sarı cəkdiyini deyirlər. Önəmli olan odur ki, Aysəba çox calışqandı, zəhmətkeşdi. Orta məktəbi əla qiymətlərlə oxuyub, BDU da beynəlxalq hüququ qırmızı diplomla bitirdi. Daha sonra Londonun Siti universtetini də əla qiymətlərlə başa vurdu. Son iki ildir ki, dünyanın ən boyuk medya şəbəkələrindən biri olan "ƏL Cəzirə" TV də calışır. Bu günə qədər coxsaylı ugurlara imza atıb. Qürbətdədir, Dohada yaşayır. Bir anda olsun doğma Azərbaycanı, doğulduğu Qarabağı unutmadı. Buna görə də ailəmiz onunla qurur duyur, fəxr edirik. Doğum günün mubarək qızım, sənə bol-bol uğurlar və xoşbəxtlik arzulayırıq!"






