Logo

WhatsApp istifadəçilərinə şad xəbər

WhatsApp istifadəçilərinə şad xəbər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"WhatsApp" yanvarın 18-dən pulsuz olub.

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, bu gündən servisdən istifadə üçün hər il alınan 99 sentlik abunə haqqı ləğv edilir. İlk dəfə bu xəbəri "WhatsApp"ın təsisçisi Yan Kum Münhendəki texnoloji görüşdə deyib.

"Biz istəmirik ki, insanlarda elə bir hiss yaransın ki, onlar bir gün dünya ilə danışa bilməyəcəklərini düşünsünlər.

Dünyada 1 milyard insan hər gün "WhatsApp" sayəsində ailə üzvləri və dostları ilə əlaqədə qala bilirlər. İndoneziyada yaşayaraq ailəsinin şəkillərini paylaşan atadan tutmuş, İspaniyada yaşayan və dostları ilə evdən yazışan tələbə qıza, yaxud pasiyentləri ilə messencerimiz vasitəsilə ünsiyyət saxlayan braziliyalı həkim qədər hər kəs "WhasApp"a bel bağlayır".

Buna qədər "WhatsApp" istifadəçiləri messencerdən istifadə etdikləri birinci il ödəniş etmir, növbəti illərdə isə 0,99 sent ödəyirdilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR