Logo

Şahbaz Quliyev: "Ermənilər əlimi qırmışdılar, ciyərlərini dağıtmışdılar"

Şahbaz Quliyev: "Ermənilər əlimi qırmışdılar, ciyərlərini dağıtmışdılar"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mən çox şadam ki, Azərbaycana qayıda bilmişəm. Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük. Məndə göz-baş qalmamışdı, ciyərlərimi ödə kimi dağıtmışdılar. Axşam yatmağa belə qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa qoymurdu”.

Sfera.az  xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş Şahbaz Quliyev deyib.

"Onların qondarma "Milli Təhlükəsizlik” qurumu dubinkaları belimizdə qırıb. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Mənə deyirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini de. Məni Şuşaya aparan zaman da yaxşı baxmırdılar. Bizi kamerada bağlamışşdılar ki, oturun burada”, - o bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR