Logo

Bakı- Naxçıvan aviareyslər təxirə salındı - SƏBƏB

Bakı- Naxçıvan aviareyslər təxirə salındı - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Naxçıvan aeroportunda güclü duman olması səbəbindən son 3 gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareysləri həyata keçirmək mümkün olmayıb.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P. Kəsəmənski deyib ki, hava şəraiti normallaşdıqdan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys bərpa olunacaq: "Bu halda AZAL bir gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınan bütün aviareysləri yerinə yetirəcək”.

Qeyd edək ki, son 3 gündə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 3 aviareys təxirə salınıb. (APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR