Logo

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Goranboy rayon Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmadan, "İJ” markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR