Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Kateqoriya məlum deyil
Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gələcək.
Sfera.az xəbər verir ki, Rusiya FHN-nin yaydığı məlumata əsasən yanvarın 4-də göyərtəsində FHN pirotexniklərinin olduğu İl-76 təyyarəsi Azərbaycana yola düşüb.
Qeyd olunur ki, humanitar missiya çərçivəsində minalardan təmizləmə işləri Ağdam rayonunda həyata keçiriləcək






