Logo

Nazirlikdən Şüvəlan çimərliyində aşkarlanan suiti cəsədləri ilə bağlı AÇIQLAMA

Nazirlikdən Şüvəlan çimərliyində aşkarlanan suiti cəsədləri ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, dünən Şüvəlan çimərliyində suiti cəsədlərinin aşkarlanması ilə bağlı xəbərlər yayılıb.

Sfera.az bildirir ki, məsələ ilə bağlı Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, Şüvəlan çimərliyinin ərazisində ölmüş suiti cəsədlərinə keçirilən vizual baxış zamanı onların ov silahı ilə vurulmadığı müəyyən edilib:

"Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəllərində Xəzər dənizinin Kalmıkiya sahillərində Xəzər suitilərinin naməlum səbəblədən kütləvi ölümü baş vermişdi və onların cəsədlərinə hətta Xəzər dənizinin Azərbaycan hissəsinin şimal sahillərində də rast gəlinmişdi.

Bu suiti cəsədlərinin də ləpə vasitəsilə Azərbaycan sahillərinə çıxdığı ehtimal olunur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR