Logo

Azərbaycanın tanınmış aktyoru vəfat etdi

Azərbaycanın tanınmış aktyoru vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov vəfat edib.

Sfera.az xəbər verir ki,  bu barədə aktyorun yaxınları məlumat verib.

Bildirilib ki, üzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Şərifov 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb.

2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrınında işləməyə başlayıb. ///Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR