Logo

Gömrük Komitəsi onlayn sifarişlərlə bağlı məlumat yaydı: Yanvarın 1-dən...

Gömrük Komitəsi onlayn sifarişlərlə bağlı məlumat yaydı: Yanvarın 1-dən...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Xatırladaq ki, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir. Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlılığının təmin edilməsi məqsədilə əməliyyatı "Smart customs” mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub "Ana səhifə”dəki "Sadələşdirilmiş bəyannamə-Elektron ticarət” bölməsini seçməklə xidmətdən yararlanmaq olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR