Logo

Şəhid Şahinin son arzusu çin oldu - Oğlu dünyaya gəldi

Şəhid Şahinin son arzusu çin oldu - Oğlu dünyaya gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Qusar rayon  mərkəzi xəstəxanasının doğum şöbəsində Vətən Müharibəsində şəhid olmuş baş gizir Şahin Hüseynbala oğlu Allahyarovun oğul övladı dünyaya gəlib.

Sfera.az xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, çəkisi 3 kq 600 qram olan körpənin və anası Kəmalə Allahyarovanın vəziyyəti normaldır.

Qeyd edək ki, şəhidimiz Allahyarov Şahin Hüseynbala oğlu, Quba rayonu, Zizik kəndində doğulub. Vətən müharibəsinə könüllü qoşulub. Şahin noyabrın 1-də yüksək zirvəyə - şəhidlik məqamına ucalıb.

Sosisl şəbəkələrdə yayılan videoda şəhid Şahin Allahyarov həyat yolsaşı Kəmalə Allahyarovaya son arzusunu belə  bildirmişdi: "Əgər oğlum olarsa, mənim adımı qoyarsınız".

İkinci Qarabağ döyüşlərində şəhid olan Şahin Allshyarovun arzusu çin olub. Belə ki, bu gün dünyaya gələn körpə atası, şəhid Şahin Allahyarovun şərəfinə Şahin adlandırılıb. (Modern.az)

Şəhid Şahinin son arzusu çin oldu - Oğlu dünyaya gəldi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR