Vəfa Zeynalova: "Mənimlə açıq səhnədə Nurəddin Mehdixanlı özü olmayıb" - Video
Əməkdar artist Vəfa Zeynalova rejissor Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub.
Gecce.az xəbər verir ki, əməkdar artist bu verlişdə bir çox etiraflar edib:
"Çox hallarda həyatımda bəzi şeylərə "stop" demək istəyirəm. Amma şox emossional insanam və bu ifadə köməyimə gəlmir. Ancaq məcazi mənada bundan istifadə edirəm. Qarşı tərəfdən çox "stop"lar eşitməmişəm. Amma hər zaman özümü bu sözə qarşı tərbiyələndirirəm. İncəsənətdə, teatrda "stop" sözü yoxdur. Nə qədər çalışıram, özüm özümə bu sözü deməyəcəm. Nə qədər sənətdə varam, öyrənəcəm".
Həyatda aktyorluq edənlərdən söz salan Vəfa Zeynalova özünü ona görə xoşbəxt hesab edir ki, aktyorluğunu məhz səhnədə xərcləyir, real həyatda yox. Onun fikrincə, buna imkanda qalmır.
Aktrisa sənətə təsadüfi gəlməyindən və həyat yoldaşı ilə tanışlığından bunları deyib:
"Təsadüfən aktrisa oldum. Yalan deməyim ki, uşaqlıq arzum idi. İdmana maraq göstərmişəm və uzun müddət məşğul olmuşam. Təsadüfən İncəsənət Universitetinə gəldim sayılı günlər qalırdı, imtahanda iştirak etdim. Şəfiqə Məmmədovaya minnətdaram. Onun sayəsində bu sənətə gəldim. Həyat yoldaşımla 20 ildi birlikdəyik. İlk gündən mənə dəstək olub. Qadağaları olmayıb. Düşünürəm ki, nə qədər çətindi aktrisanını həyat yoldaşı olmaq. Onunla maraqlı tanışlıq tarixçəmiz olub. Uzun müddət dost olmuşuq, günlərin bir günü evlənməyə qərar verdik".
Nail Naiboğlunun "Aktrisalar arasında ilk zorlanma səhnəsini siz "Dodaqdan qəlbə" tamaşasında oynadınız. Ondan sonra adınız 16+ qalmaqallarında hallandı", - fikrinə aktrisa belə cavab verdi:
"Bəzi insanlar başa düşmür ki, mənim şəxsi həyatım səhnədən kənardadır. Oynadığım bir çox obrazlar, sizsiniz. Mən onları sadəcə oynayıram. Bu film üçün hazırlanmış bir piyar idi. Filmdən çox mənim başımda çartladı. Heç orda Nurəddin Mehdixanlı özü olmayıb. Kamera Nurəddin müəllimin üzünü çəkdi. Onu başqası əvəz etdi".
Qonorarını açıqlamayan aktrisa bildirdi ki, əgər xarici ulduzlar qədər qonorar ala bilsəydi, açıqlayardı. Daha sonra Vəfa xanım teatrdakı qalmaqallardan danışdı:
"Qalmaqal hər yerdə var, qaçılmazdır. Mənim də teatrda qalmaqalım olub. Nə qədər mülayim və gülərüz olsamda, tərs üzümdə var. Tez özümdən çıxıram. Çalışsınlar dəyməsinlər mənə. Həyatıma müdaxilə etməsələr, heç kimə toxunmaram".






