Hadrutda şəhid olduğu iddia edilən hərbçinin fotosu yayılıb
Kateqoriya məlum deyil
Hadrutda erməni terrorçuları ilə toqquşmada Azərbaycan hərbçisi şəhid olması xəbəri yayılıb
Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və Telegram kanallarında məlumat yayılıb.
Hadrut istiqamətində erməni diversantların hücumu nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü çavuş Qəmbərov Elmir Rail oğlu şəhid olub.
İnsident ilə bağlı rəsmi açıqlama verilməyib. Yaxın dəqiqələrdə xəbərin təkzib və ya təsdiq olunacağı gözlənilir.
Qazet.az







