Paşayeva Müharibə Qəhrəmanının anası ilə görüşdü
Sfera.az xəbər verir ki, Q.Paşayeva şəhid anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib:
"Sizin oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" yüksək adına layiq görülüb.
Ceyhun kimi vətənpərvər zabitlərimizlə hər zaman qürur duyacağıq!
Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!” – millət vəkili deyib.
Şəhid anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə "Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.






