Mədəniyyət mərkəzindən 27 minlik oğurluq edildi
Kateqoriya məlum deyil
Bərdə rayonu ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 25-dək olan müddətdə rayon ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən 27 600 manat dəyərində armatur oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.






