Misir piramidaları haqqında yeni məlumatlar əldə olundu - VİDEO
Kateqoriya məlum deyil
FaktXəbər-in CNN-ə istinadən verdiyi məlumata görə, Misirin Qahirə muzeyində
təşkil edilən mətbuat konfransında çıxış edən Misir Tarixi Abidələr Naziri Məmduh
Əl-Dəmati bildirib ki, "Piramidaları araşdırmaq" layihəsi çərçivəsində yapon, fransalı
və kanadalı alimlərin müxtəlif araşdırmalar aparıb.
O həmçinin qeyd edib ki, araşdırmalar nəticəsində piramidaların istiliyi ilə əlaqdar fərqli
məlumatlar əldə etmişik. Piramidaların içində gizli otaqların və koridorların olması
qənaətindəyik. Qırmızı və şimal piramida kimi tanınan Snefru piramidasının zirvəsində
istilik dərəcəsinin digər hissələrə nisbətən daha çoxdur. Min illər öncə tikilən piramidaların
dəqiq və səbirli şəkildə araşdırılması zəruridir.
Qeyd edək ki, Misir Abidələr Nazirliyi keçən ilin oktyabr ayında yaydığı açıqlamada, 2016-cı ili
"Piramida ili" elan etmiş və 4 min 500 il əvvəl tikilən piramidaların daha yaxşı araşdırılması üçün
iifəaliyyətini genişləndirmişdi.
<iframe width="500" height="281" frame="//player.vimeo.com/video/143189512" style="text-align:;"></iframe>






