Nazirlik bir qrup əməkdaşını təltif etdi: Vətən müharibəsində iştiraka görə
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsi iştirakçıları arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var.
Onlardan bir qrupu - Sumqayıt Kimya Sənaye Parkının mütəxəssisi Nəsibov Asəf Səfəralı oğlu (ölümündən sonra), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları - Bağırov Cavid Malik oğlu, Qafarlı Sərxan Qüdrət oğlu, Abasov Rəşad Barat oğlu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Tağıyev Olxan Arif oğlu, "Təmiz Şəhər” ASC-nin əməkdaşları - Abbasov Musa Zirəddin oğlu, Dəmirli Elməddin Mübariz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə döyüşdə şücaətlərinə görə fərqləndikləri üçün "Cəsur döyüşçü”, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin digər əməkdaşı Alıyev Neməddin Sədrəddin oğlu isə "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunublar.
Qarabağ Azərbaycandır!






