İnsanın acgözlüyü sərhəd tanımadı - qızılları yedilər... - VİDEO
İnsanların qızıla olan hərisliyi sərhəd tanımır. Bir müddət əvvəl Yaponiyada qızıldan yeməli şokolad hazırlanmasından sonra, bu dəfə ABŞ-da bir usta qızıldan bişirdiyi şirniyyat məhsulunu müştərilərə təqdim edib. Min illərdir sözügedən metalı zinət əşyası kimi istifadə edən bəşər övladı qızıl kökəyə də tamah salıb.
Nyu Yorkda fəaliyyət göstərən restoranın sahibi Byorn de la Krus yeni təam, yeni dadla müştərilərin diqqətini çəkməyə çalışıb. Onun layihəsi o qədər tutarlı alınıb ki, restoranda təqdim olunan şirniyyat məhsulu bütün dünyanın diqqət mərkəzinə düşüb. Səbəb həmin şirniyyatın tərkibində 24 karatlıq qızılın olmasıdır. Hazırlanması vaxt aparan şirniyyatın üzərinə səpilən qızıl tozu isə hər kəsin gözünü qamaşdırmağa kifayət edir.
Qızıldan hazırlanan donutu ərsəyərə gətirmək 90 dəqiqə vaxt aparır. Həm inqredientlərin bahalı olması, həm də çətinliklə başa gəlməsi bu şirniyyatın qiymətində də öz sözünü deyir. Bir paket qızıl donut yemək istəyənlər 1000 dollardan keçməlidir. Maraqlısı odur ki, bu xərcə düşmək istəyənlərin sayı kifayət qədər çoxdur. Qızıldan hazırlanan şirniyyatın satışa çıxarılmasından sonra iaşə obyektinə gələnlərin sayı sürətlə artmağa başlayıb.






