Logo

“Baxın, sizin “sevimli” erməniləriniz bu torpaqlarda nə ediblər?!” - Video

“Baxın, sizin “sevimli” erməniləriniz bu torpaqlarda nə ediblər?!” - Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Vəhşi düşmən keçib bu torpaqlardan. Dağıdıb ki, heç vaxt Azərbaycan əhalisi bura qayıtmasın. İnşallah hamımız qayıdacağıq. Hər şeyi dağıdıblar. Orda artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Amma rədd elədik onları. Qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdıb”.

Sfera.az xəbər verir ki, bu sözləri Zəngilan və Qubadlı rayonlarına səfər edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib:

"Baxın ağacları necə qırıblar! Baxın, vəhşi düşmən neynəyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var. Unikal meşələri, çinar ağacları var. Baxın, düşmən neyləyib.

Qoy bütün dünya baxsın, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər. Bizə qarşı qətnamələr qəbul edən ölkələr gözlərini açsınlar. Riyakar siyasətçilər, açın gözlərinizi baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edir. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur. Bir kağız parçasıdır.Amma iş ondadır ki, bizə qarşı yenə də əsassız ittihamlar irəli sürülür.

Baxın, Fransa, Belçika, Hollandiya parlamentlərinin deputatları! Baxın, sizin "sevimli” erməniləriniz bu torpaqlarda nə ediblər?! Açın xəritəyə, ensiklopediyaya baxın, görün Zəngilan, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir.

Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər”.

"Qafqazinfo”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR