“Gəlir yerlərini itirmiş 600 min vətəndaşa 120 milyona yaxın vəsait ayrılacaq”
Kateqoriya məlum deyil
"Pandemiya ili ağır oldu və ilin əvvəlində hökumət tərəfindən
sosial sahəyə dair xüsusi paket qəbul olunub. Bu, ümumilikdə 12 sosial tədbiri
özündə ehtiva edirdi”.
Sfera.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, bu məqsədlə ilkin olaraq 600 milyon manat ayrılmışdı:
"Bu, çox geniş miqyaslı paket oldu və ölkənin təqribən 48 faizini əhatə edib. Amma bilirik ki, pandemiya dalğavari cərəyan edir və hazırda yenidən sərtləşdirilmiş karantin rejimindəyik. Yenidən gəlir yerlərini itirmiş 600 min vətəndaşa əlavə olaraq 120 milyona yaxın vəsait ayrılacaq ki, onlara birdəfəlik müavinətlər ödənilsin”.






