Logo

Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər - BNA açıqladı

Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər - BNA açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sürücülər sərnişinlərin minib düşməsi üçün avtobus zolağından istifadə edə bilər.

Sfera.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, sürücülər bunu o zaman edə bilər ki, həmin yerdə başqa qadağanedici nişan yoxdur.

"Əgər avtobus zolağı qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa digər nəqliyyat vasitələri aşağıdakı hallarda həmin zolaqdan istifadə edə bilər:

Sağa dönərkən (müvafiq kənar vəziyyət tutmaq üçün);

Sağa döndükdən sonra döndüyü yolun sağ kənarına yaxın hərəkət etmək üçün (lakin döndükdən dərhal sonra zolağı tərk eləməlidir);

Başqa qadağalar yoxdursa sərnişinlərin minməsi və düşməsi üçün. Başqa məqsədlər üçün avtobus zolağında nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilə bilməz".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR